Gənclər və idman naziri Azad Rəhimov Ermənistana gedir

img

28-08-2009 [02:04]


Azərbaycan cüdoçularının Ermənistanda keçiriləcək Gənclər arasında Avropa çempionatında iştirak etmələri məqsədi ilə bu ölkəyə edəcəkləri səfər zamanı təşkilati məsələlərin müzakirəsi üçün Gənclər və İdman Naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovdan ibarət nümayəndə heyəti yarışdan öncə Ermənistana yola düşəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 2007-ci ildə Azərbaycanda keçirilən Güləş üzrə Dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni bir müqavilənin imzalanması nəzərdə tutulur. Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqlarları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir. İmzalanma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA