Qazaxıstanın Azərbaycandakı səfiri tədbir keçirib

img

28-08-2009 [01:38]


Bu gün ?Ria Novosti? mərkəzində 30 avqust Qazaxıstan Respublikasının Konstitusiya günü münasibəti ilə tədbir keçrilib. Tədbiri giriş sözü ilə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov açıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, S.Primbetov deyib ki, 30 avqustda Qazaxıstanın Konstitusiya gününün 400 illiyidir: ?Bu bayramı Qazaxıstan Respublikası hərbi paradla, atəşfəşanlıqla, möhtəşəm və təntənəli surətdə qeyd etməyi düşünür. Qazaxıstan bu bayramın nəinki ölkənin paytaxtıında, bütün kənd və rayonlarında da qeyd olunmasını təşkil edəcək?. S.Primetov jurnalistləri Qazaxıstan Respublikası Konstitusiyasının qanunları ilə də tanış edib: ?Qanunlara təşəkkür etmək istərdim ki, bu qanunlar sayəsində biz ölkənin rifahını, həyatdakı azadlığımızı tapa bilmişik. Bildiyiniz kimi, Qazaxıstan Respublikası da keçmiş Sovet İttifaqına daxil olmuş dövlətlərdən biri idi. Amma indi Qazaxıstan demokratik, azad ölkədir. Onun gerbi, bayrağı və təbii ki, Konstitusiyası mövcuddur. Dünyada böhranla mübarizə getdiyi halda Qazaxıstan Respublikası bu çətin anları demək olar ki, yaşamadı. ?Millət? sözü sizin ölkədə olduğu kimi bizim ölkədə də önəm daşıyır. Əlbəttəki sonda millətin sözüdür. Ölkənin millətə qarşı belə münasibəti siyasət baxımından ölkənin stabilliyidir?. Səfir deyib ki, Qazaxıstan Respublikası üçün Konstitusiya qanunları mühüm rol oynayır: ?Ölkə Konstitusiya qanunlarına riayət edir və onunla idarə olunur. İnsanların sabitliyi və azad fikir irəli sürməsi Konstitusiya qanunlarında mütləq istifadə olunur. Mən inanıram ki, bütün ölkələrdə qanunlar hökm sürdüyü kimi, Qazaxıstan Respublikasında da qanunlar höküm sürəcək və əlbəttəki qanunlara əməl olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA