Keçmiz baz prokuror Eldar Həsənov Buxarestdə ilham Rəhimov ilə görüzüb

img

27-08-2009 [08:02]


Xəbər verdiyimiz kimi, Qara və Xəzər dənizləri Beynəlxalq Əməkdaşlıq Fondu təşkilatının Direktorlar Şurası, bu ilin avqust ayının 25-27 tarixlərində Rumıniyada keçirilən beynəlxalq forumda iştirak etmək üçün Azərbaycandan tanınmış ictimai xadim, hüquq elmləri doktoru, professor İlham Rəhimovu Buxarest şəhərinə dəvət edib. Bud əvət əsasında da İlham Rəhimov Buxarestdə olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, həmin forumda səkkiz ölkədən - Rumıniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Ukrayna və Moldava respublikalarından tanınmış alimlər, dövlət və ictimai xadimlər iştirak ediblər. MİA-ya daxil olan məlumata görə, səfər çərçivəsində İlham Rəhimov Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovla da görüşüb. Görüş zamanı Azərbaycandakı vəziyyət, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, görüşdə müzakirə olunan məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün Azərbaycanın Rumıniyadakı səfirliyinə sorğu göndərmişik. Təəssüf ki, ötən 24 satt müddətində səfirlik sorğumuza cavab verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA