Marketlərdə 700 kiloqrama yaxın saxlama müddəti ötmüz ərzaq məhsulları azkarlanıb

img

27-08-2009 [05:47]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti yoxlamaları paytaxtın Binəqədi, Nəsimi, Yasamal və Nizami rayonlarını əhatə edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu zaman həmin rayonlarda yerləşən ?Orxan? ərzaq malları mağazasında, ?19 market?də, Hilal Verdiyevə, Elman Məmmədova, Ceyhun Əzizova və Nazirə Əmiraslanovaya məxsus ərzaq malları mağazalarında, Feyzulla Abdullayevə, Hikmət Ağamoğlanova və Ağaqulu Axundova məxsus marketlərdə, ?Qurman market?də, ?Zövq market?də, ?Leyla-Günel market?də, ?ZG market?də saxtakarlıq faktları aşkarlanıb. Eyni zamanda Gəncə şəhərində ?Fariz? MMC-yə məxsus 72 saylı ərzaq malları mağazasında, Sumqayıt şəhərində 34-cü məhəllədə Ramiz Kərimova məxsus ərzaq malları mağazasında, Siyəzən şəhərində Seyfur Həmidova məxsus ərzaq malları mağazasında, Goranboy rayonunun Qızılhacılı kəndində Nizami Səmədova məxsus ərzaq malları mağazasında müddəti keçmiş məhsullar tapılıb. Həmin obyektlərdə ümumi çəkisi 700 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, və sair satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol verən 1 hüquqi və 16 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib, 45 hüquqi şəxsə 173 min manat, 341 fiziki şəxsə 512 min manat cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA