Sinif müəllimlərinin sayı azaldılacaq

img

27-08-2009 [04:19]


Paytaxt məktəbələrində fəaliyyət göstərən sinif müəllimlərinin sayı çox olduğu üçün ixtisarlar aparıla bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması sektorunun müdiri Bəhman Nəbiyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə paytaxt məktəblərində 1000-ə yaxın ibtidai sinif müəllimi artıqdır: ?2006-cı ildə onların sayı 1600 idi. O vaxtdan tədricən bu rəqəmin azaldılması istiqamətində işlər gedir. Bunun üçün yeni sinif müəllimlərinin işə qəbulu dayandırılıb. Problemin həlli üçün variantlardan biri budur. Ehtiyac yaranan məktəblərə isə yığma saatlar hesabına işləyən müəllimləri cəlb edirik. Bundan başqa, müxtəlif səbəblərdən işdən imtina edənlər, təqaüdə çıxan kadrların hesabına da bu rəqəm azaldılır. Amma elə məktəblər var ki, lazım gələrsə, orada müəyyən ixtisarlar aparılacaq. Təbii ki, bu proses qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdiriləcək. Birdən-birə bu problemin həlli mümkün deyil. Bunun üçün zamana ehtiyac var?. B.Nəbiyev həmçinin deyib ki, müəllimlərin işə götürülməsi ilə bağlı ilkin mərhələ üçün hazırlıq işlərinə start verilib: ?Öncədən təbliğat aparıldığına görə artıq kifayət qədər ərizə daxil olub. Sentyabrın 5-də ərizələrin qəbulu prosesi yekunlaşdıqdan sonra şəxsi işlər də qəbul olunacaq və artıq ilkin mərhələ üçün hazırlıq işləri görülür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA