Qeyri-sabit hava zəraiti davam edəcək, rayonlarda yağız yağacağı gözlənilir

img

27-08-2009 [02:11]


Bu gün Bakı və Abşeron yarmadasında hava əsasən buludlu, çiskinli olacaq və fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saalarında 25-27 dərəcə arasında, axşam və gecə isə 20-22 dərəcə isti gözlənilir. Abşeron dəniz çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə arasındadır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, respublikamızın əksər bölgələrində, dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq: ?Sabah - avqustun 28-də Bakıda və Abşeron yarmadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi, gündüz saatlarında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 26-28 dərəcə, axşam və gecə saatlarında isə 18-21 dərəcə isti ilə müşahidə olunacaq?. İ.Məmmədov deyib ki, bir çox bölgələrimizdə hava şəraiti yağmursuz keçsə də, gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı istisna deyil: ?Sabahdan hava şəraiti mülayimləşəcək. Havanın temperaturu yüksələcək, gündüz saatlarında 25-29, gecə saatlarında isə 18-22 dərəcə isti gözlənilir. Dağlarda gündüz 19-24, gecə isə 7-12 dərəcə isti olacaq. Avqustun 29 və 30-da isə Bakıda və Abşeron yarmadasında hava şəraiti mülayim sabit, yağmursuz keçəcək. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Gündüz və gecə saatlarında 19-21 dərəcə arasında isti gözlənilir. Avqustun 30-da isə havanın temperaturu 21-23 dərəcə isti ilə müşahidə olunacaq. Bakı və Abşeron yarmadasında avqustun 29-da gündüz saatlarında 27-30, avqustun 30-da isə 28-31 dərəcəyə qədər havanın temperatur yüksələcək. Sabahdan etibarən həftənin sonunadək Bakı və Abşeron yarmadasında hava şəraiti mülayimləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA