?GEN? MMC-nin rəhbəri: ?Abzeron, Xətai, Göy-gölün icra bazçılarına rüzvət vermizəm?

img

26-08-2009 [07:46]


?GEN? MMC şirkəti ilə bağlı istintaqda bircə ölkə başçısının adını çıxmaqla, bütün nazirlərin adı hallanır. Məsələn, dələduzlardan biri Elbrus Hacıyev guya Moskvada olarkən Milli Məclisin spikeri Oqtay Əsədovla şəkil çəkdirib və bu şəkli zərərçəkmişlərə göstərərək hədə-qorxu gəlib. O, həbsxanadan azad olunanda, vətəndaşların da marağına səbəb olur ki, bəli, bu doğurdan da Oqtay Əsədovun qohumudur. Nəzərinizə çatdırım ki, artıq indiyə qədər 26 nəfər həbs edilib. Onlardan 1-nə 9 il həbs verilib, digər 5 nəfəri isə məhkəmə zalından azadlığa buraxılıb?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hüquq müdafiəçisi Vidadi İsgəndərov 300-dən çox vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən ?GEN? MMC şirkətinin son məhkəmə prosesinə münasibət bildirərkən deyib: ?Məsələ ilə bağlı həbslərin ardı gəlməkdədir. Burada bütün nazirlərin adları hallanır. Həmin dələduzlar onların da xəbəri olmadan onların adlarından istifadə edərək xeyli sayda vətəndaşı aldadıb pullarını mənimsəyirlər. Adları hallanan məmurlar arasında Allahşükür Paşazadə, Oqtay Əsədov, Bəylər Əyyubovdur. Hesab edirəm ki, adları çəkilən nazir və ya məmurlar özləri bu prosesə müdaxilə etməlidirlər ki, dələduzlar ayaq açmasınlar. Maraqlısı da bundan ibarətdir ki, prokurorluq orqanları da bu məsələdə biganəlik nümayiş etdirirlər. Bundan əlavə, bu gün ?GEN? MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev Abşeron rayon icra başçısına 70 min, Xətai rayon icra başçısına 85 min, Göy-göl rayon hakimiyyətinin başçısına isə Polad Seyidov vasitəsilə sanatoriya tikilməsinə görə, sərəncam alınması üçün 40 min manat rüşvət verməsi barədə məhkəmədə ifadə verdi?. Hüquq müdafiəçisi onu da bildirib ki, sabah günün ikinci yarısında Murad və Fərid Dadaşovun reklamlarla bağlı kimlərə nə qədər rüşvət verdiyi bilinəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA