Ramil Usubovla Əli Əhmədovun adı qanunsuz tikinti zirkətinə ?krızalıq? etməkdə hallanır

img

26-08-2009 [05:09]


Bu gün Azərbaycan Media Mərkəzində ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov qanunsuz fəaliyyət göstərən tikinti şirkəti ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq müdafiəçisi Vidadi İsgəndərov bir qrup vətəndaşın, Bakı şəhəri Balaxanı qəsəbəsində tikinti şirkətinin rəhbəri kimi təqdim edən və ölkədə nüfuz sahibi olan müxtəlif məmurların adından istifadə edən Cəfərov Ələkbər adlı şəxsin onlara qarşı dələduzluq edərək pullarını mənimsədiyini bildirib: ?Həmin şəxsin Balaxanı bələdiyyəsinin mülkiyyətində olan 1 hektar yarımlıq ərazinin 99 illik müqaviləsi var. Nəzərinzə çatdırım ki, müqavilədə torpaqdan bağ təsərüfatı məqsədilə istifadə ediləcəyi bildirilib. O, buranı Balaxanı qəsəbəsi yeni yaşayış massivi adını qoyub. Burada qanunsuz və heç bir sənəd olmadan 50-dən çox fərdi evlər tikib. O, 50 nəfər şəxslə bu və digər formada qanunsuz müqavilə bağlayaraq və vətəndaşlardan xeyli miqdarda pul alaraq həmin fərdi evləri və ticarət obyektlərini onlara satıb. Pul alandan sonra vətəndaşlar ondan evin tikilməsi üçün müvafiq sənəd tələb etdikdə konflikt baş verib. Ələkbər adlı şəxs vətəndaşların nə pulunu verib, nə də evlə təmin edib. Qeyd edim ki, həmin şəxs əvvəllər də bu kimi dələduzluq ucbatından cinayət məsuliyyətinə cəlb olunub. Vətəndaşlar bələdiyyə müraciət edəndə müqavilənin, ümumiyyətlə, olmadığı üzə çıxıb. Yəni belə demək mümkünsə, torpaq heç kimin mülkiyyətində deyil. Məsələnin əsl mahiyyəti isə Ələkbər adlı şəxsin bu vətəndaşların hüquqi savadsızlığından istifadə edərək dələduzluq etməsidir. O, vətəndaşlara onun arxasında Daxili İşlər Naziri Ramil Usubovun şəxsi mühafizəçisi Eldəniz adlı şəxsin və YAP-ın icra katibi Əli Əhmədovun durduğunu bildirib. Zərərçəkmişlər bu vaxta qədər bütün aidiyyatı orqanlara şikayətlər etməsinə baxmayaraq, onlara heç bir cavab verməyiblər. Mən vətəndaşların şikayətini ölkə prezidenti cənab İlham Əliyevə, prokurorluq və mili təhlükəsizlik orqanlarına müraciət etmişəm. Onu da qeyd edim ki, bu məsələdə adı çəkilən məmurlar özləri bu prosesə müdaxilə etməlidirlər ki, bu cür dələduzlar onların adından istifadə etməsinlər?. Zərərçəkmiş Süleymanova Xalidə Kərəm qızı bu tikili haqda ?Xəzər? televiziyasında gedən elanlardan xəbərdar olduğunu bildirib: ?Elanda yazılmışdı ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 1,2,3,4 otaqlı 12 ay kreditinə ev satıram. Orada evi satan şəxsin telefonu göstərilmişdi: (055) 658-41-99 idi. Həmin nömrəyə zəng vuranda, o, məni Balaxanı qəsəbəsi yeni yaşayış massivinə gəlməyimi dedi. Cabbarov Amid adlı şəxs bizə evləri göstərdi. Evlər mənim xoşuma gəlmədi. Ancaq elanda yazmışdılar ki, super təmirli evlərdir. O, mənə dedi ki, mən sizi qarşılamağıma baxmayaraq, buranı tikib-satan Ələkbərdir. Ələkbərdən evlərin niyə təmirsiz olduğunu soruşanda, o, mənə vətəndaşlar gəlib bəyənəndən sonra nə cür deyir, o cür də təmir edərək bir ay müddətinə təhvil verirəm. Sənəd istəyəndə isə bizə evə köçəndən sonra verəcəyini bildirdi. Səhəri gün yoldaşım Zeynalov Veysəllə gələrək onunla beh kimi 5 min dollar verdik. 10 gün keçmişdi ki, gördüm ki, evdə heç bir təmir işi aparılmır. O, bizə müxtəlif bəhanələr gətirirdi. O, bizdən kömək istəyəndə mən ona heç bir sənəd olmadan 10 min manat verdim. Nəzərinizə çatdırım ki, o, məhkəmədə etiraf edərək məndən 21 min 800 manat alıb. Biz yenə də heç bir təmir işinin aparılmadığını görəndə artıq pulumuzu ondan geri istədik. Nə qədər cəhd etdik o, bizə pulu vermədi. Əvəzində dedi ki, evə köçün, amma buranı öz vəsaitiniz hesabına təmir edin. Mən o evi bir il müddətinə 50 min dollar ödəməliydim və o təmir də o puldan çıxılmalı idi. Bu qədər puldan sonra yoldaşımla birlikdə ondan sənəd tələb etdik. O, yoldaşımı döydü və mənə bıçaq zərbələri endirdi. Bununla bağlı Sabunçu rayon 12 bölməyə müraciət etdim. Lakin mart ayından bəri heç bir soraq yoxdur?. Zərərçəkmiş Müzəffərov Teymurun sözlərinə görə isə, o, Ələkbərdən pul tələb edəndə, ona uşaq oğurluğu ilə bağlı bandasının olduğunu deyib: ?Mən iki uşaq atasıyam və ona görə şikayət etməkdən qorxdum ki, uşaqlarımı oğurlayar?. Digər zərərçəkmiş Quliyev Ruslan da Ələkbərə 20 min manat ödədiyini deyib: ?Mən ona ümumilikdə 30 min manat verməliydim. O, mənə söz vermişdi ki, yüksək təmirli ev veriləcək. Ev günü-gündən uçulduğunu görə, pulumu ondan tələb etdim. O, isə mənə məmurların adından istifadə edərək hədə-qorxu gəldi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA