Eyyub Hüseynov: ?Azərbaycanda körpələr tədrici zəhərlənmənin qurbanıdırlar?

img

26-08-2009 [04:55]


Ölkəmizdə uşaq qidaları istehsal edən müəssisələr olmasa da, bu sahədə bir sıra problemlər mövcuddur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agntliyinə açıqlamasında bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmadığını söyləyib. Onun sözlərinə görə oktyabr ayında AİB nümayəndəsi Vüsalə Hüseynova uşaq qidalarının marketinqi ilə bağlı iş aparmaq üçün Cenevrəyə səfər edəcək: ?Orada uşaq qidalarının Azərbaycanda satış vəziyyəti ilə bağlı nəticələr müzakirə olunacaq. Bu sahədə kifayət qədər problemlər var. Erkən yaşlı körpələrin qidalanması ilə bağlı Azərbaycan Respublikasında qanun qəbul olunub, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmizdirməyə dair kodeksinə, körpə qidalarının marketinqi ilə bağlı kodeksə qoşulub. Bütün bu qanun və kodekslərin tələblərində göstərilir ki, körpə qidalarının reklamı zamanı sağlam uşaq şəklindən, rezin əmziklərdən, şən heyvan şəkillərindən istifadə etmək olmaz. Doğum evlərində körpə qidalarının heç birindən istifadə etmək olmaz. Çünki gənc analar həmin qidaları görən zaman süddən kəsilə bilərlər. Ən əsası isə reklam materiallarının hamısıda ?ana südü əvəzedilməzdir?, ?körpələrinizi ana südü ilə qidalandırın? kimi şüarlar əks olunmalıdır. ?Humana?, ?Nan? firmalarının istehsal etdikləri qidalar bu sıraya daxildir. Digər bir problemsə saxlanma şəraitidir. Həmin qidalar 25 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Lakin bəzi yerlərdə isti yay günlərində həmin qidalar 35-40 dərəcə temperaturda satılır. Bu isə o deməkdir ki, Azərbaycanda körpələr tədrici zəhərlənmənin qurbanıdırlar?. AİB sədri deyib ki, ölkədə müstəqil ekspertiza olmadığından həmin qidaların tərkibi hərtərəfli yoxlanılmır: ?Azərbaycan ekspertiza sahəsində dünya ekspertizasının arxasınca sürünür. Ona görə də həmin məhsulların tərkibi tam olaraq yoxlanılmır. Uşaq qidalarının tərkibinə genetik modifikasiya olunmuş komponentlərin qatılmasının əleyhinəyik. Çünki, onlar insan səhhəti üçün təhlükəlidir?. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev oktyabr ayından etibarən sözügedən məhsullar üzərində monitorinqlərə start veriləcəyini bildirib: ?Hazırda bizdə uşaq qidaları ilə bağlı monitorinqlər getməsə də, il ərzində iki dəfə monitorinqlər aparılır. Amma bu sahədə fəaliyyətimizi daha da genişləndirmək fikrindəyik. Qeyd edim ki, ölkəmizdə uşaq qidaları istehsal edən müəssisələr yoxdur. Ona görə də həmin qidalar xaricdən gətirilir. Xaricdən gətirilən qidalar Respublikaya idxal olunan zaman gömrük və digər səlahiyyətli orqanlar tərəfindən hərtərəfli yoxlanılır. Ölkədə satışa buraxıldıqdan sonra satış mərkəzlərində bizim nəzarətimiz altında satış aparılır. İldə iki dəfədən az olmayaraq tərəfimizdən həmin qidalardan müxtəlif adda nümunələr götürülərək müayinə olunur. İndiyədək demək olar ki, uşaq qidalarında təhlükəli hal aşkarlanmayıb. Yalnız bir dəfə Ukrayna istehsalı olan məhsullardan birində təhlükəli hal aşkarlanmışdı. Amma səylərimiz nəticəsində həmin məhsul satışdan çıxarılıb. Oktyabrın 14-dən etibarən uşaq qidalarının monitorinqinə başlanılacaq. 33 nümunənin mərkəzə gətirilməsi planlaşdırılsa da nümunələrin sayını artırmağı düşünürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA