Sumqayıtın icra bazçısı Vaqif Əliyev qanunsuz tikililəri sökdürür

img

26-08-2009 [02:56]


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin iyulun 3-də keçirdiyi müşavirədən sonra şəhərin müxtəlif ərazilərində inşa edilmiş sənədsiz evlərin sökülməsi tədbirlərinə start verilib. Bakıda olduğu kimi, Sumqayıtda da söküntü əməliyyatı daha çox fərdi evləri əhatə edir. Şəhər İcra Hakimiyyəti həmin tikililərin qanunsuz inşa olunduğunu iddia edir. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda kommunikasiya xətlərinin və mühafizə zolaqlarının keçdiyi ərazilərdəki qanunsuz tikililər söülür. İşləri operativ qaydada həyata keçirmək məqsədilə bu ərazilərdə şəhər İcra hakimiyyətinin məsul işçiləri, Memarlıq və Şəhərsalma İdarəsinin nəzarətçiləri arasında bölgü aparılıb. İyulun 3-dən bəri Sumqayıt Stansiyası ərazisində 26 qanunsuz evin və şəhərin H.Zeynalabdin qəsəbəsində 2 hasarın söküldüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA