DQiDK ?Fatimeyi-Zəhra? məscidi ilə bağlı mövqe bildirmir

img

26-08-2009 [01:47]


?Fatimeyi-Zəhra? məscidi ilə bağlı məsələ hüquqi məsələdir. Hazırda məhkəmə prosesi getdiyi üçün bizim hansısa mövqe bildirməyimiz məhkəməyə qarşı hörmətsizlik olardı?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov mətbuatda məscidlərin sökülməsi ilə bağlı yer alan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ?Şəhidlər? məscidinin işinə DQİDK cavabdeh deyil: ?Şəhidlər camesinin təmir edilməsi üçün fəaliyyətinin dayandırılması haqda qərar bizim tərəfimizdən verilməyib və biz təmir işlərinə baxmırıq. Ona görə də təmir işlərinin nə zaman yekunlaşacağını dəqiq deyə bilmərik. Bizim Komitə məscidlərin təmiri və bərpası işini həyata keçirmir. Müstəqillik dövründən indiyədək tikilən heç bir məscid sökülməyib və sökülməyəcək də. Bunların hamısı şayiədir. G.İsmayılov deyib ki, ?Dini etiqad və vicdan azadlığı haqqında? qanuna edilən əçlavə və dəyişikliklərin icrası davam edir: ?Qanunda edilən əsas dəyişikliklərdən biri dini icmaların yenidən qeydiyyatdan keçməsi məsələsidir. İndiyədək çoxlu sayda dini icma qeydiyyatdan keçmək üçün sənədlərini hazırlayıb və Qafqaz Müsəlmanları İdarəsinə təqdim edib. Sənədlər idarədən təqdimat alıb Dövlət Komitəsinə göndərilməlidir. Qeyri-islam təmayüllü dini icmalar da sənədlərini hazırlayıblar. Yaxın günlərdə konret olaraq qeydiyyatdan keçən dini icmaların adları bəlli olacaq. Bundan başqa ölkədə fəaliyyət göstərən bütün dini mağazaların sayı müəyyənləşib və bununla bağlı müvafiq sənədləşdirmə prosesi hazır olduqdan sonra mağazalara rəy verilməsi məsələsi də həll olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA