Azərbaycandakı milli azlıqlar üçün təlim proqramının icrasına bazlanılıb

img

26-08-2009 [01:16]


Bu gün Media Mərkəzində Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev ?Fərqli olsaq da, birlikdəyik? mövzusunda konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, keçirilən tədbirdə milli azlıqların Azərbaycanda sərbəst şəkildə yaşaması əsas müzakirə mövzusu olub. Tədbirdə çıxış edən Vüsal Quliyev onu da bildirib ki, Gənclər üçün Təhsil Mərkəzi ötən aydan başlayaraq Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə ?Fərqli olsaq da, birlikdəyik? adlı yeni layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan milli azlıqlar üçün təlim proqramının icrasına başlayıb: ?Belə ki, Mərkəz 25 nəfər müxtəlif milli azlıq qrupundan olan gənci Bakıda bir araya gətirmiş və 19-26 avqust 2009-cu il tarixində onlar üçün təlim proqramını təşkil edib. Əsas məqsədimiz milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq, onların QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan təlim bu gün başa çatıb. Onu da nəzərinizə çatdırmaq istərdim ki, təlim çərçivəsində milli azlıqlardan olan gənclərin öz mədəniyyətlərini təqdim etmələri və mədəni proqramlar keçirmələri üçün də kifayət qədər şərait yaradılıb?. Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev tərəfindən şəhadətnamələr də təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA