Tusi adına klinikanın rentgen otağının tavanı xəstələrin müayinəsi zamanı uçub

img

26-08-2009 [12:48]


Bu gün saat 12.30 radələrində Bakı şəhəri, Həsən bəy Zərdabi prospektində yerləşən Nəsrəddin Tusi adına klinikada gözlənilməz hadisə baş verib. Müstəqil İnformasiya Agentliyinin sözügedən klinikada olan əməkdaşı məlumat verir ki, xəstələrin müayinəsi zamanı rentgen otağının tavanı uçub. Tavandan qopan tikinti materialları və yuxarıdan asılmış rentgen aparatı müayinə olunan xəstənin və həkimin üstünə düşüb. MİA-nın əməkdaşı deyib ki, hadisə zamanı içəridə azyaşlı uşaq və yaşlı bir qadın olub. Amma xoşbəxtlikdə ciddi zərər çəkən olmayıb. Hər iki xəstə dərhal otaqdan çıxarilib. Hazırda klinikaya kənar şəxslərin buraxılmadiği bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA