çimərliklərdə təhlükəli vəziyyət davam edir

img

25-08-2009 [03:57]


Çimərliklərdə aparılan monitorinqlər oktyabrın 1-dək davam edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, hər həftə aparılan monitorinqlərə əsasən söyləmək olar ki, vəziyyət dəyişməyib: ?Hər həftə monitorinqlər aparılır və suyun çirklilik səviyyəsi yoxlanılır. Ötən həftə aparılan monitorinqlərə əsasən nəticələr eyni olaraq qalır. Qaradağ rayonu Sahil, Səbail rayonu Şıx, Hövsan və Novxanı çimərliklərində çirklənmə göstəriciləri normadan dəfələrlə artıqdır. Respublikanın baş dövlət sanitar həkiminin müavininin verdiyi qərara görə, həmin ərazilərdə əhalinin çimməsi məqsədəuyğun sayılmır?. Şöbə müdiri deyib ki, oktyabrın 1-dək hər həftə çimərliklərdə monitorinqlər aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA