Azad Rəhimov: ?Avropa Şurasının yay məktəbini Azərbaycanda keçirməsi müsbət haldır?

img

25-08-2009 [01:28]


Avropa Şurası Gənclərlə iş üzrə daimi komitəsinin yay məktəbi Azərbaycanda öz fəaliyyətinə başlayıb. Azərbaycanda keçirilən yay məktəbi avqustun 25-dən 29-na kimi davam edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yay düşərgələrinin Azərbaycanda keçirilməsi onu göstərir ki, həqiqətən biz bu işə layiqiq və bu işi davam etdirmək lazımdır: ?Bu iş bizim gənclər üçün əhəmiyyətli olduğu qədər də vacibdir. Bu gün Avropa Şurası tərəfindən keçirilən yay universiteti və onun əsas məqsədi Avropanın gənclər direktoratı deyilən bir qurumun fəaliyyətindən bir açıqlama verməkdir. Keçən il Kiyev şəhərində yeni bir layihə həyata keçirilib. Bu fəaliyyət proqramı ?Avropa Gənclər Şurasının 2020-ci ilədək? adlanır. İnanıram ki, bu fəaliyyət proqramı bizim üçün də çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün çox vacibdir, ona görə ki, gənclərlə aparılan bütün işlər, buna ölkələr arasında aparılan mədəniyyət dioloqu daxildir. Gənclərlə müxtəlif sahələrdə aparılan iş, sonda Avropa Şurasının gənclər üçün aparılan əsas layihələri kimi qiymətləndirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA