itkin düzən zəxslərin ailələri Azərbaycanın bez zəhərində toplazacaq

img

25-08-2009 [01:21]


Dağlıq Qarabağ (DQ) münaqişəsi nəticəsində itkin düşən şəxslərin ailələri Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün Azərbaycanın beş şəhərində toplaşacaqlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirlər avqustun 25-dən 30-na kimi Şəmkir, Gəncə, Ağcabədi, Bərdə və Bakıda keçiriləcək. Beş şəhərdə təqdim olunacaq əşyaların şəkilləri və itkin düşmüş şəxslərin bu əşyalarla bağlı əhvalatları BQXK tərəfindən ayrıca kitabçada nəşr olunacaq. Bu mərasim zamanı həmçinin itkin ailələrinin yerli QHT nümayəndələrinin təmin etdiyi hüquqi, ictimai və psixoloji yardımdan faydalanmaq imkanı olacaq. BQXK-nın Bakıdakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi, Yelena Miloşeviç Lepotiçin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs sazişinin imzalanmasından 15 il keçsə də, ancaq 4500-dən çox itkin düşmüş şəxsin taleyi hələ də aydınlıq gətirilməmiş qalır: ?İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisindədirlər. Günlər ötdükcə bu ailələr bütün həyatlarını bir məqsədə yönəldirlər: öz yaxınlarının taleyi barədə bilmək, cavab almaq istəyirlər. Gözləmə və ümid içində keçən bu illər ərzində onlara qüvvə verən öz əzizlərinin xatirələridir. Biz onları itkin düşmüş şəxsin istifadə etdiyi və ya çox xoşladığı, həmin şəxsdən ötrü xüsusi məna kəsb etmiş əşyanı gətirməyə və həmin əşya ilə bağlı əhvalatı bölüşməyə dəvət etmişik. Burada ideya onu göstərməkdən ibarətdir ki, hər bir itkin şəxs özünün şəxsi həyatı, işi, ailəsi, məşğul olduğu əyləncə və zövqləri, çaldığı musiqi aləti, iştirak etdiyi idman növü ilə ayrıca bir fərd və icmanın bir üzvü idi." Qeyd edək ki, 1992-ci ildən bəri BQXK itkin ailələrini öz yaxınlarının taleyini öyrənməsi yönümündə dəstəkləyir. O, Azərbaycanın səlahiyyətli orqanlarının beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirmək səylərini dəstəkləyir. BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumatın bütün ölkədə toplanılması və mərkəzləşdirilməsi səylərini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA