Ermənistan və Gürcüstan sərhəd çaylarımızı çirkləndirir

img

25-08-2009 [01:01]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 33 m3/san azalaraq 218 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qolları Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib. Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilib. Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində fenollar 3 dəfə, mis birləşmələri isə 4 dəfə yol verilən qatılıq həddini keçib. Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4 dəfə (YVQH) keçib. Avqust ayının II ongünlüyündə Araz çayında suyun sərfi 81 m3/san olub. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində mis birləşmələri və fenollar 3 dəfə, I Şahsevən məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar isə 2 dəfə yol verilən qatılıq həddini keçib. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.55-6.74 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA