Texnikumlara qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün baza çatır

img

25-08-2009 [12:01]


Orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunanlara təhsil alacaqları müəssisələrdə qeydiyyatdan keçmək üçün verilmiş vaxt bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Müstəqil Informasiya Agentliyinə verilən məlumata, abituriyentin qeydiyyatdan keçməməsi onun qəbul olunduğu ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və həmin şəxsin qəbul haqqında əmri həmin müəssisəyə göndərilməyəcək. Xatırladaq ki, bu il orta təhsil bazasından orta ixtisas məktəblərinə 6614 plan yeri ayrılıb. Onlardan 2978-i ödənişsiz, 3636-sı isə ödənişli əsaslarla olan ixtisaslardır. Əsas təhsil bazasından orta ixtisas məktəblərinə imtahanlar isə avqustun 30-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA