Saxta mal satdığına görə, 45 hüquqi zəxs 173 min manat, 337 fiziki zəxs 506 min manat cərimə olunub

img

24-08-2009 [05:43]


Bakının Nərimanov rayonunda yerləşən ?Hüseyn market?də, ?Samir market?də, ?Ata market?də, ?Lyuks market?də, ?Abşeron market?də, ?Əsmər market?də, ?Dəniz market?də, ?Tiso market?də, Natiq Hüseynova məxsus mağazada istifadə müddəti ötmüş mallar aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, əyalət şəhər və rayonlarından isə Gəncə şəhərində ?Stop? və ?Tural? ərzaq malları mağazalarında, Sumqayıt şəhəri 12-ci mikrorayonda Rəşad Qasımova məxsus ərzaq malları mağazasında və Xudat şəhərində yerləşən ?Dubay? ticarət mərkəzində yoxlama aparılıb. Adları sadalanan mağazalarda ümumi çəkisi 530 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, balıq məhsulları və sair aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 13 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 45 hüquqi şəxsə 173 min manat, 337 fiziki şəxsə 506 min manat cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA