Həbsdəki gənclərin vəkil və valideynləri hüquq-mühafizə orqanlarını məhkəməyə verdi

img

24-08-2009 [02:49]


[b]Adnan Hacızadə və Emin Milliyə qarşı daha bir ittiham irəli sürülüb[/b] Bu gün Azərbaycan Media Mərkəzində vəkil İsaxan Aşurovla Hikmət Hacızadə, Emil Abdullayev və Adnan Hacızadənin qanunsuz həbsi və istintaqın qanunsuz aparılması ilə bağlı mətbuat konfransı keçiriblər. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, vəkil İsaxan Aşurov Adnan Hacızadə və Emin Abdullayevin işi üzrə ibtidai istintaq prosesinin yekunlaşdığını bildirib. Onun sözlərinə görə, cinayət işi Səbail rayon Məhkəməsinə göndərilib: ?İstintaqın gedişi zamanı pis mənada böyük ?surpirizlərlə? qarşılaşdıq. Belə ki, hər iki şəxsə əlavə bir maddə də verdilər. Yəni onların əməlinə Cinayət Məcəlləsinin 127-ci maddəsi də əlavə edildi. Bu maddə hər hansı bir şəxsə xuliqanlıq niyyəti ilə bədən xəsarəti yetirmək deməkdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu maddələr eynilə ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidə verilmişdi. Artıq Adnan Hacızadə və Emin Abdullayev iş üzrə ifadə verməkdən imtina edirlər. Hesab edirəm ki, onların orada dedikləri gələcəkdə cinayət təqibi orqanına qarşı qaldırılacaq iddianın əsas tezisləri olacaqdır. Mən bu cinayət işinin detalları üzərində çox dayanmaq istəmirəm. Çünki məhkəmə hələ faktları tam araşdırmayıb. Biz güman edirik ki, iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının ?Məhkəmələr və hakimlər haqqında? Qanunu, eləcə də bizim Cinayət Prossesual Qanunvericiliyinin və iştirakçısı olduğumuz İnsan Hüquqları və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının tələb etdiyi qaydada ittihamların iflasa uğramasını görəcəyik. İbtidai araşdırma zamanı Emin Abdullayevlə Adnan Hacızadənin fundamental hüququ pozulub. Bu, müdafiə hüququdur. İstintaqın gedişində biz həm də müdafiə etdiyimiz şəxslərin vəziyyətini yüngülləşdirmək və həm də özümüz üçün bir qədər sərbəst vaxt əldə etmək üçün belə qərara gəlmişdik ki, vəkil Elton Quliyev və mən hər ikisinin vəkili olacayıq. Biz bu barədə vəkil qurumunun orderini istintaq orqanına təqdim etmişdik. Amma cinayət işinin materialları ilə tanış olarkən gördük ki, məni Emin Abdullayevin, Elton Quliyevi isə Adnan Hacızadənin müdafiəsindən kənarlaşdırıblar. Bizim güman etməyə kifayət qədər əsaslarımız var ki, onlar ümumiyyətlə, hər iki gəncin müdafiə hüququna ciddi xələl gətirmək niyyətindədirlər. Bu əsasla biz Respublika Prokurorluğunu, Bakı Şəhər Prokurorluğunu, Bakı Şəhər Baş Polis İdarəsini və Daxili İşlər Nazirliyini məhkəməyə vermişik. İndidən xəbərdarlıq edim ki, sizlər məhkəmənin gedişatı zamanı bir çox gözləmədiyiniz hallarla rastlaşacaqsınız?. Vəkil onu da bildirib ki, ümumiyyətlə, hər iki gəncin yaralı vəziyyətdə qandanlanıb istintaq şöbəsinə aparılması vəhşilikdir: ?Bizim şikayətlərə baxılması uzadılır və ədalətsizlik nümayiş etdirirlər. Hətta valideynlərin övladları ilə görüşməsinə də imkan verilmir. Artıq hər iki valideynlər iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət ediblər?. Adnan Hacızadənin atası Hikmət Hacızadə də onların bu prosesdə hüquqlarının pozulduğunu deyib. Onun qənaətincə, məhkəmənin qərarına böyük ümidləri yoxdur: ?Bizə uşaqlarla görüşməyə və məktub yazmağa imkan vermirlər. Heç müstəntiqin özü də buna aydınlıq gətirə bilmir. Əsas məqsədimiz bu məsələni ictimailəşdirməkdir. Bunu mütləq Avropa Məhkəməsində qaldırılmasına nail olacayıq. Bizi narahat edən hadisədən biri də məhkəmələrin qapalı keçirilməsidir. Jurnalistlərin, vətəndaşların və bizim məhkəmədə iştirakımıza qadağalar qoyurlar. Biz buna görə də şikayət etdik, lakin cavab vermədilər. Düşünürəm ki, belə qadağalar aradan qaldırılmalıdır. Əslində, qadağaların qoyulması savadsızlığın, ədaləsizliyin və səviyyəsizliyin nümunəsidir?. Sonda Hikmət Hacızadə Səbail rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsini nəzər çatdırdı: ?Hörmətli Məhkəmə, oğlum Adnanla görüş verilməməsi mənə mənəvi əzab və fiziki sarsıntılar yetirməklə ruh düşgünlüyü və ümidsizlik hissi yaradıb: ötən müddət ərzində yuxum və iştaham pozulub, qan təzyiqim mütəmadi olaraq yüksəlir, olduqca əsəbi və dözümsüz olmuşam. Bütün bunlar cavabdehin (Səbail RPİ İstintaq şöbəsinin baş müstəntiqi Əliyev Ziya Fəxrəddin oğlu) qanunsuz hərəkətləri və pis rəftarı nəticəsində baş verib. Milli qanunvericiliyin normalarına və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əsasən, hər kəs ona yetirilən fiziki və mənəvi ziyana görə kompensasiya tələb etmək hüququna malikdir. Cavabdehin qanunsuz və pis rəftarının hər günü üçün 20 manat tələb etmək niyyətindəyəm. Göstərilənləri nəzərə alaraq Məhkəmədən: a) İstintaqın qurtarması ilə əlaqədar əvvəlki iddia tələbimin cavabdehin üzərinə vəzifələr qoyulması hissəsindən imtina etməyimi nəzərə almaqla, Adnan Hacızadə ilə mənə dərhal görüş verilməsinə; b) yetirilən ziyanın əvəzi kimi, cavabdeh Ziya Əliyevdən 880 manat alınıb mənə verilməsinə dair qərar qəbul etməsini xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA