Eyyub Hüseynov Azay Quliyevdən kömək istəyir

img

24-08-2009 [01:19]


Eyyub Hüseynov Bələdiyyələrlə bağlı layihəsində yaranan problemlə əlaqədar Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azad İstehlakçılar Birliyinin sədri özü məlumat verib. Onun sözlərinə görə, Prezident Administarsiyasına dəfələrlə edilən müraciətləri cavabsız qaldığına görə belə bir addım atılıb: ?Çox təəssüflər olsun ki, biz Prezident Administarsiyasından heç bir qənaətbəxş cavab ala bilmədik. Ona görə də artıq Prezident Yanında QHT-lərə Dəstək Şurasının sədri, millət vəkili Azay Quliyevə rəsmi məktubla müraciət etmişik. Müraciətdə xahiş olunur ki, Ədliyyə Nazirliyi ilə danışıqlar aparılıb kənd bələdiyyələrinə dəstək verən 5 qeyri hökumət təşkilatının yaradılmasına köməklik göstərilsin?. E.Hüseynov deyib ki, yaranan problemlərə görə, bələdədiyyə assosiasiyalarının yaradılması məsələsində dəyişiklik edilib: ?Layihənin gedişində hələ də problemlər yaşanır. Bu problemlər Neftçala rayonunda daha çoxdur. Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə, bu işə maneçilik törədən xüsusi qüvvələr var. Bu problemlər olmasaydı layihə daha uğurla davam edərdi. Biz istəyirik ki, həyata keçirdiyimiz layihə tam şəffaf olsun. Layihədə bələdiyyə assosiasiyalarının yaradılması nəzərdə tutulsa da donor təşkilatla bu məsələdə dəyişiklik edildi. Ona görə də kənd bələdiyyələrinə dəstək verən ictimai birliklər yaradılacaq. Biz ümid edirik ki, QHT şurası müraciətimizə müsbət cavab verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA