?Gənc Liderlər? Uzaq Təzkilatı gənclərin də problemləri ilə maraqlanacaq

img

24-08-2009 [11:54]


?Gənc Liderlər? Uşaq Təşkilatının(GLUT) strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən təşkilat bundan sonra təkcə uşaq hüquqları sahəsində deyil, həm də gənclər sektorunda çalışacaq. Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, bu haqda qərarı qurumun İdarə Heyəti qəbul edib. F.Şahbazlı deyir ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq təşkilat bundan sonra ?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatı(UGT) adlanacaq. Struktur dəyişikliyinə səbəb olan amillərdən danışan ?Gənc Liderlər? UGT-nin sədri F.Şahbazlı deyir ki, son aylar təşkilata daxil olaq istəyənlər arasında məktəblilərlə yanaşı, gənclər və tələbələr də üstünlük təşkil edib. Odur ki, təşkilat sıralarını genişləndirmək və ideyalarını daha geniş kütlə arasında yaymaq məqsədilə struktur dəyişikliyi edib. ?Gənc Liderlər?in bundan sonrakı fəaliyyətindən danışan Şahbazlı, qurumun həmişəki kimi yenə də uşaq hüquqlarını əsas prioritet istiqamət kimi götürəcəyini vurğulayıb. O, ?Gənc Liderlər? UGT-nın Azərbaycanın əksər məktəb və universitetlərini əhatə edə biləcəyini vurğulayıb: ?Uşaq Təşkilatı kimi 25 məktəbdən 300 məktəblini öz ətrafımıza cəmləyə bilmişik. Gənclər sektoruna qatılandan sonra sayımızın daha da artacağına əminik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA