QAT-çılar Rusiyalı yazıçı ilə görüzüb

img

22-08-2009 [05:36]


Rusiyalı yazıçı-publisist Yuri Pompeyov Qarabağ Azadlıq Təşkilatının (QAT) mərkəzi qərargahında təşkilat üzvləri ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, çıxış edən QAT sədri Akif Nağı bildirib ki, görüşdə əsas məqsəd ?Qarabağın qanlı girdabı? kitabının müəllifi ilə daha yaxından tanıq olmaq və Qarabağla bağlı bir sıra obyektiv yazılar yazan müəllifin mövqeyini öyrənməkdır. A.Nağı qonağa Qarabağla bağlı lazım olan bütün məluatların çatdırmağa hazır olduqlarını vurğulayıb. Daha sonra çıxış edən Y.Pompeyov gördüyü işlər və gələcəkdə Qarabağla bağlı hazırlayacağı materiallar barədə QAT-çılara məlumat verib. Qonaq onu da nəzərə çatdırıb ki, Rusiyada Qarabağ məsələsinə daha obyektiv yanaşılmasını arzulayır və bu istiqamətdə əlindən gələni edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA