"Əhmədli" stansiyasının çıxızına bomba qoyulması barədə məlumatı ruhi xəstə veribmiz

img

22-08-2009 [02:39]


Bakı metropolitenində növbəti bomba həyəcanı yaşanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, naməlum şəxs ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112? zəng xidmətinə zəng edərək Bakı Metropoliteninin "Əhmədli" stansiyasının çıxışına bomba qoyulması barədə məlumat verib. Aparılan araşdırma zamanı məlumat təsdiqini tapmayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov tərəfindən verildiyi müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA