Gəlininə təcavüz edən qayınata intihar etdi

img

22-08-2009 [01:59]


[b]Mərhumu doğulduğu kənddə yox, qonşu rayonda torpağa tapşırdılar[/b] Ağcabədi rayonunda gəlininə təcavüz edən qayınata özünə qəsd edib. İntihar hadisəsi avqustun 20-də səhər saat 10-11 radələrində baş verib. İbrahimov Zahid Xanqulu oğlu Ağcabədinin Rəncbərlər kəndində özünü bilərəkdən yüksək gərginlikli elektrik xəttinə toxundurub və elə yerindəcə dünyasını dəyişib. "Azadlıq" qəzetinin bölgə müxbirinin sözlərinə görə, mərhum ölümündən əvvəl oğluna zəng edərək günahının olmadığını, amma həbs olunmaq istəmədiyi üçün özünü öldürəcəyini deyib. Telefon söhbəti zamanı Z.İbrahimov oğluna harada olduğunu da deyib. Müxbir bu məlumatı mərhumun yaşadığı Arazbar kəndinin sahə müvəkkilili Səyavuş Babayevdən alıb. Zorlama ilə bağlı açılmış cinayət işini araşdıran müstəntiq Şahin Şükürov da intihar faktını təsdiqləyib. Müstəntiq bildirib ki, iş üzrə Cinayət Məcəlləsinin 125-ci (özünə qəsd) maddəsi ilə cinayət işi qaldırılıb. Müxbirz yerli sakinlərindən öyrənib ki, Zahid İbrahimovu doğulduğu Arazbar kəndinin qəbristanlığında dəfn etməyə icazə verməyiblər. Yaxınları məcbur qalıb cənazəni Yevlax rayonunda torpağa tapşırıblar. O da məlum olub ki, məlum zorlama olayından sonra Zahid İbrahimov evdən gedibmiş və Ağcabədi rayonunun Hüsülü kəndindəki dostlarının evində qalırmış. Müxbir gəlinin yaxınları ilə əlaqə saxlayıb. Azər Əlinin sözlərinə görə, təcavüzə məruz qalan gəlin hazırda öz anasıgildə qalır. Yaxınları bildiriblər ki, son bir neçə gündə hüquq-mühafizə orqanlarından işlə maraqlanan olmayıb və ekspertizanın nəticələri ilə bağlı onlara hər hansı məlumat verilməyib. Müstəntiq Ş.Şükürov isə ekspertizanın nəticəsinin ən tezi 10 günə bəlli olacağını bildirib. Xatırladaq ki, Ağcabədi rayonunun Arazbar kənd sakini F. ?Azadlıq?a göndərdiyi məktubda qayınatası Z. tərəfindən zorlandığını bildirmişdi. Və əlavə etmişdi ki, ?əgər günahkar qanuni cəzasını almasa, rayon prokurorluğunun qarşısında üstümə benzin töküb yandırmaqla özümü öldürəcəyəm və bunun məsuliyyəti hüquq-mühafizə orqanlarının üstünə düşəcək. Amma inanmıram ki, bu qeyri-insani, azərbaycanlıya, müsəlmana yaraşmayan hərəkətin üstünü ört-basdır etsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA