Hüseynqulu Bağırov Afrika səfərindən danızıb

img

21-08-2009 [08:14]


Bu gün YAP-ın qərargahında ekologoya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov Azərbaycanın Afrika ekspedisiya qrupunun dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünün başa çatması münasibəti ilə mətbuat konfransı keçirib. Bağırov bildirib ki, 7 nəfərlik ekspedisiya avqustun 11-də yürüşə başlayıb və avqustun 16-da Kilimancaro dağının Uhuru zirvəsinə yürüş müvəffəqiyyətlə başa çatdırılıb. ?Ekspedisiya Azərbaycan bayrağını, eləcə də Ulu Öndər Heydər Əliyevin ?Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam? və ?Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli? sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıb?, deyə nazir deyib. Onun sözlərinə görə, ekspedisiya elmi tədqiqat işləri də həyata keçirib. ?Yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda, bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrəndik, meteoroloji və geoloji müşahidələr apardıq. Topladığımız materiallar elmi-tədqiqat obyekti kimi mütəxəssislər tərəfindən təhlil olunacaq?. Ekspedisiyaya məməli heyvanlar və entomofaunaya aid zəngin foto-video materiallar toplamağa müvəffəq olub. Nazir ekspedisiyanın ümumi büdcəsinin 25 min manat olduğunu deyib. ?Xərclənən vəsait universitetlərin biri və ona yaxın qurumlar tərəfindən ödənilib?. Bağırov federasiya üçün Bakı ilə Sumqayıt şəhərləri arasında ofis binasının tikilməkdə olduğunu deyib. Onun sözlərinə görə, federasiyanın maddi-texniki bazası da yaradılmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA