Məhkəmələr QHT rəhbərinin iddia ərizəsinə baxızı ləngidir

img

21-08-2009 [03:37]


?Avqustun 3-də keçirilən məhkəmə prosesində belə qərara alındı ki, bu bir hüquqi şəxsin, digər hüquqi şəxsə qarşı iddiası olduğu üçün şikayətə 1 saylı İqtisad Məhkəməsində baxılsın. Ayın 3-dən bu günə qədər Yasamal rayon Məhkəməsinə zəng vururam və mənə deyirlər ki, narahatlığa əsas yoxdur, iş 1 saylı İqtisad Məhkəməsindədir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı barədə açıqlama verərkən deyib: ?Lakin mən, 1 saylı İqtisad Məhkəməsinə zəng vuranda, dəftərxanadan bildirdilər ki, belə bir iş onlara gəlməyib. Belə olan təqdirdə, çox narahat oldum və 1 saylı İqtisad Məhkəməsinə gedərək, dəftərxanada Gülnaz xanımla görüşdüm. Gülnaz xanım sənədlərə baxdı və dedi ki, avqustun 19-da onlara Yasamal rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin adından qərarla birlikdə məktub gəlib. Lakin bizə əlavə sənəd verilməyib, sadəcə, hakim Sərdar Mehrəliyevin adından məktub və qərar göndərilib. Nəzərinizə çatdırım ki, Gülnaz xanım özü bu işə mat qalmışdı. Onun sözlərinə görə, məhkəmənin rəsmi blankının üstündə Yasamal rayon Məhkəməsinin dəftərxanasının nömrəsinə zəng vurur və bildirirlər ki, ev nömrəsidir. Araşdırmadan sonra məlum olub ki, nömrəni qəsdən səhv yazıblar. Görün, mənim işimə qarşı nə qədər qərəz var. Onlar vaxt udmaq üçün hər vasitəyə əl atırlar?. Müsahibimiz onu da bildirib ki, məsələni aydınlaşdırmaqdan ötrü Yasamal rayon Məhkəməsinin dəftərxanasına gedib: ?Orda mənə bir xanım dedi ki, bütün iş sənədlə birlikdə 1 saylı İqtisad Məhkəməsinə göndərilib. Mən yenidən Gülnaz xanımla əlaqə yaradanda mənə maraqlı fakt göstərdi. Hakim Sərdar Mehrəliyevin göndərdiyi məktubun zərfində iki möhür var idi. Birində ayın 10-u, digərində isə 13-ünü göstərən möhür var idi. Mən qətiyyətlə bildirirəm ki, bütün bunlar Şuranın təxribatlarıdır. Onlar qəsdən prosesi uzadırlar ki, mən öz inadımdan geri çəkilim. Əslində, onlar özlərini ifşa edirlər. Belə olan halda, vəkilim Mənsum Bayramovla qərara gəldik ki, məhkəmə işi ilə bağlı sənədlərimi itirdiklərinə görə, Yasamal rayon Məhkəməsinə qarşı cinayət işi qaldıraq. Bu işdən xəbər tutandan sonra bəhanə gətirirək bildirdilər ki, guya sənədlər səhvən yaddan çıxaraq Yasamal rayon Məhkəməsində unudulub?. E.Orucovanın sözlərinə görə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən onun məktubuna cavab gəlib və sənədlərin tapılmasında bu amil böyük rol oynayıb: ?Mən yenə də deyirəm ki, biz məhkəməni mütləq udacağıq. Şurada bundan ehtiyat etdikləri üçün hər vasitə ilə məhkəmə prosesini yubatmağa çalışırlar. Lakin onların psixoloji təsirlərinə baxmayaraq, geri çəkilməyəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA