?Plombir? dondurmasında bağırsaq çöpləri normadan artıqdır

img

21-08-2009 [02:27]


Süd məhsulları üzərində aparılan monitorinqin nəticələri bəlli olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İ.Abdullayev bildirib ki, monitorinqlər hazırda qənnadı məmulatları üzərində aparılır: ?Ümumilikdə 60 adda süd məhsulları nümunəsi götürülərək mərkəzin laboratoriyalarında müayinədən keçirilib. Müayinlər nəticəsində iki nümunə istisna olmaqla, qalan məhsullardan əldə olunmuş nəticə qənaətbəxşdir. Təhlükəli hal aşkarlanmış nümunələr isə qatıq məhsullarıdır?. Bölmə müdiri deyib ki, pivə və kvars nümunələri üzərində də yoxlamalar aparılıb. Götürülmüş 6 nümunədən birində normadan artıq bağırsaq çöpləri aşkarlanıb: ?Həmin məhsul təkrar müayinədən keçiriləcək. Həmçinin dondurmalardan da 6 nümunə götürülərək müayinə olunub. Həmin nümunələrin 5-də vəziyyət normaya uyğundur. Nərimanov rayonunda yerləşən mağazalardan birindən götürülmüş ?Plombir? dondurmasında normadan artıq bağırsaq çöpləri aşkarlanıb. Amma dondurma məhsulları üzərində müayinlər davam etdirilir. Spirtsiz içkilərdən götürülmüş nümunələrdə isə vəziyyət qənaətbəxşdir. Bundan əlavə, şadlıq evləri və restoranlardan da yaxma və soyuq qəlyanaltı nümunələri götürülüb. Götürülmüş numunələrdə təhlükəli hallar üzə çıxmayıb. Ramazan ayının gəlişi ilə əlaqədar şadlıq evlərindən nümunələrin götürülməsi azaldılsa da, restoranlarda müayinələr davam etdiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA