QHT-lər Qadın Parlamentinin yaradılmasına hazırlıq görürlər

img

21-08-2009 [01:45]


Oktyabr ayında Azərbaycan, Gürcüstan və Ermənistan QHT-lərinin təşəbbüsü ilə Qadın Parlamenti yaradılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, oktyabrda bu münasibətlə tədbir keçiriləcək: ?Hələlik məsələylə əlaqədar danışıqlar aparılır. Çox güman ki, tədbir Tiflisdə keçirilsin. Tədbirə Abxaziya və Osetiya nümayəndələri də dəvət olunacaqlar. Əgər onlar dəvətmizi qəbul etsələr, o zaman tədbir İstanbulda keçirilə bilər. Tədbirdə Qadın Parlamentinin yaradılması elan olunacaq. Ölkəmiz bu işdə əsas təşəbbüskarlardan biridir. Təşkilatın strukturu, adı və s. barədə tədbirdə ətraflı məlumat veriləcək?. Novella xanım deyib ki, yaradılacaq qurumda ölkəmizi bir neçə QHT təmsil edəcək: ?Onların arasında bizim təşkilat ön sıradadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA