Yay mövsümündə 44 sudaboğulma, 53 günvurma, 18 ilansancma hadisəsi baz verib

img

21-08-2009 [01:04]


Yay mösümü ilə əlaqədar olaraq, bu günə kimi 44 sudaboğulma hadisəsi olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə rəis müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, sudaboğulma hadisəsinin 19-u ölümlə nəticələnib. Suda boğulmaq təhlükəsi ilə üzləşən 13 nəfər isə xəstəxanaya vaxtında çatdırıldığı üçün sağ qalıb. R.Nağıyev həm də bildirib ki, bu günə kimi 53 günvurma hadisəsi baş verib. Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. Rəis müavininin sözlərinə görə, bu mövsümdə 18 ilansancma hadisəsi də qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA