Bu gündən müəllim izləmək istəyənlərin ərizələri qəbul ediləcək

img

21-08-2009 [11:50]


Xəbər verdiyimiz kimi Təhsil Nazirliyi bu ildən müəllimlərin ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbulu üçün yeni mexanizm hazırlayıb. Yeni dərs ilindən Bakının, gələn ildən isə ölkənin digər bölgələrinin məktəblərində müəllimlərin işə qəbulu yeni qaydada, elektron ərizə forması tətbiq edilməklə aparılacaq. İki mərhələdə keçirilməsi nəzərdə tutulan işə qəbul prosesinin birinci mərhələsində işə girmək istəyən müəllimlər elektron ərizə formasını doldurmalı olacaqlar. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Byram Hüseynzadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, bu gün saat 18.00-dan etibarən qurumun internet saytında ?Elektron ərizə? funksiyası fəaliyyətə başlayacaq. Həmin ərizə forması Təhsil Nazirliyi saytının xüsusi linkində yerləşdiriləcək. Linkdə həmçinin Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər haqqında məlumat da olacaq. Vakansiyalar haqqında elanda Bakının hansı məktəbində hansı ixtisas üzrə neçə saat dərs yükünün olması öz əksini tapacaq. Saytın həmin linqində ərizə forması və vakant yerlər haqqında məlumatla yanaşı, Təhsil Nazirliyinin müvafiq təlimati göstərişləri də olacaq. Bakı şəhərinin ümumtəhsil məktəblərində işə düzəlmək istəyən hər bir şəxs Təhsil Nazirliyinin saytına daxil olaraq orada öz ixtisasına uyğun vakant yer olan məktəbi müəyyənləşdirəcək və elektron ərizəni dolduracaq. Orada müəllimlərin bir sıra göstəriciləri (bitirdiyi ali məktəb, stajı və s.) haqda məlumat qrafaları da nəzərdə tutulub. Onlar da müəllimlər tərəfindən doldurulacaq. Elektron ərizələr nazirliyin müvafiq şöbəsində toplanacaq. Birinci mərhələ toplanmış ərizələrə baxılması, onların və müəllimlərin göstəricilərinin təhlil olunması və qiymətləndirmə aparılması ilə başa çatacaq. Qiymətləndirmədən sonra ikinci-müsahibə mərhələsi olacaq və hər bir müəllimlə müsahibə aparılacaq. Müsahibə təhsil nazirinin iştirakı ilə keçiriləcək. İki mərhələnin nəticəsinə əsasən qərar qəbul ediləcək və müəllim konkret iş yerinə göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA