Fövqəladə Hallar Nazirliyində kursant və müdavimlərin toplantısı keçiriləcək

img

21-08-2009 [11:49]


Fövqəladə Hallar Nazirliyi (FHN) bu qurumun tabeliyindəki təhsil müəssisələrinə qəbul olanan kursant və müdavimlərin toplantısına hazırlaşır. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, FHN-nin Akademiyasının kursantları və Bakı Yanğın-Texniki Məktəbinin müdavimlərinin iştirak edəcəkləri tədbir yeni tədris ilinin başlanması ilə əlaqədar təşkil olunacaq. Kursant və müdavimlərin toplantısı avqustun 24-də Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsindəki Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində keçiriləcək. Nazirlik tədbirdə iştirak edəcək kursant və müdavimlərdən tələb edib ki, onlar toplantıya gələrkən özlərilə şəxsi gigiyena vasitələri, corab, idman geyimi və ayaqqabısı, yazı ləvazimatları, qol saatı və s. götürməlidirlər. Qeyd edək ki, bu il FHN-nin tədris müəssisələrinə ümumilikdə 200 kursant və müdavim qəbul olunub. Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunacaq, təqaüd alacaqlar. Onlar üçün təhsil müddəti 4 ildir. Akademiyanın gələcək məzunlarına ?Yanğın təhlükəsizliyi mühəndisliyi?, ?Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi? ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr veriləcək, onlar FHN sistemində müvafiq vəzifələrə təyin ediləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA