QHT rəhbəri icra bazçılarından Prezident Administarsiyasına zikayət edib

img

20-08-2009 [03:26]


?Azad İstehlakçılar Birliyi 2009-cu ilin yanvarından Avropa Komissiyasının dəstəyi ilə Hacıqabul, Sabirabad, Saatlı, Səlyan və Neftçala rayonlarının hərbirinin 10 kənd bələdiyyəsində bələdiyyələrin ekoloji və sosial inkişafına dair layihə həyata keçirir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov layihənin bir sıra rayonlarda həyata keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi baxımından, Neftçala rayonunda problemlər yaşanır: ?Neftçala rayonunun icra hakimiyyətinin başçısı Taleh Qaraşov layihənin uğurla həyata keçməsinə heç bir dəstək vermir. Lakin layihənin həyata keçirilməsində bizə ən çox yardımçı olan Hacıqabul rayonudur. Biz dəfələrlə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktublar yazmışıq. Axrıncı dəfə 27 iyul tarixində göndərdiyimiz məktubda Azərbaycanın Avropaya inteqrasiya siyasətini kömək edən bu işin uğurla həyata keçirilməsində bizə yardımçı olmasını xahiş etmişik. Çox təəssüflər olsun ki, Prezident Yanında QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyev və digər ölkə rəsmiləri ilə telefon danışıqları və görüşlər keçirsək də yenə də layihənin uğurla həyata keçməsinə nail olmamışıq?. AİB sədrinin sözlərinə görə, bu, layihə çərçivəsində Kənd bələdiyyələr Assosasiyası əvəzinə, onların QHT-ni yaratmaq qərarına gəliblər: ?Burada əsas məqsəd kəndin sosial vəziyyətinin yaxşılaşdırmaq üçün hər rayonda bir QHT yaratmaq və kəndləri onların ətrafında birləşdirib bələdiyyələrə yardım etməkdir. Heç kimə sirr deyil ki, hazırda fəaliyyət göstərən kənd bələdiyyələrinin 80 faizinin heç oturmağa yeri yoxdur. Təəssüflər olsun ki, bəzi məmurlar ölkə prezidentinin apardığı siyasəti anlamayaraq, ölkənin imicinə zərər vura bilcək işlərlə məşğul olurlar?. E.Hüseynov onu da bildirdi ki, layihə çərçivəsində Azad İstehlakçılar Birliyi ?İstehlakçı biliklərinin əsasları? kitabını dərc etdirib: ?Biz bu kitabın tədrisdə tətbiqinə nail olmaq istəyirik. Ona görə də bu məsələ ilə bağlı təhsil naziri Misir Mərdanova rəsmi məktub yazmışıq və bildirmişik ki, kitabın təhsildə tətbiqinə şərait yaratsın. Mənə elə gəlir ki, hər bir vətəndaş istehlak qanunlarını bilməlidir. Bu nöqteyi-nəzərdən də çox güman ki, Təhsil Nazirliyi tərəfindən bizə müsbət cavab veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA