Sabahdan Bakıda və Abzeron yarımadasında qeyri-sabit hava zəraiti bazlayacaq

img

20-08-2009 [02:53]


Sabahdan etibarən Bakıda və Abşeron yarımadasında havaların yenidən dəyişəcəyi, dəyişkən buludlu olacağı və arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, avqustun 21-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s olacaq. Havanın temperaturu gecə 21-23 dərəcə, gündüz 25-29 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq. Rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yağıntıların bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 27-31 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-19 dərəcə olacaq. Avqustun 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s, havanın temperaturu gejə 18-20 dərəcə, gündüz 20-24 dərəcə olacaq. Avqustun 23-də isə arabir yağış yağacağı, şimal küləyinin 9-14 m/s, gündüz arabir 16-20 m/s, havanın temperaturunun gecə 17-19 dərəcə, gündüz 20-23 dərəcə olacağı gözlənilir. Avqustun 22 və 23-də bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 12-15 dərəcə təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA