Ekologiya və Təbii Sərvətlər Nazirliyi xeyli miqdarda cərimə kəsib

img

20-08-2009 [02:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 10-16 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 2 göstəriş verilib. Ümumilikdə 14 iş üzrə 35200 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyana görə isə 3 iş üzrə 343420 manat məbləğində iddia qaldırılıb. Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 2 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq olunub. Dəymiş ziyana görə 3 iş üzrə 343420 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və protokol tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 7 iş üzrə 27800 manat məbləğində cərimə tətbiq edilmişdir. Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilmiş və 2 iş üzrə 2500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Floranın və faunanın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt və protokol tərtib olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA