Təhsil Nazirliyində xaricdə oxuyan azərbaycanlı tələbələrlə görüz keçirilib

img

20-08-2009 [02:16]


Bu gün Təhsil Nazirliyində Təhsil Nazirliyində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə prezidentinin ?2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı?na uyğun olaraq 2007-ci ildə 74, 2008-ci ildə 120, 2009-cu ildə isə 250 tələbə xarici ölkələrə təhsil almaq üçün göndərilib. Htut sözlərinə görə, 20-dən artıq ölkələrin tanınmış ali məktəblərində təhsil alırlar. Xaricdə təhsil alan tələbələrin maliyyə xərclərinin Dövlət Neft Fondunun hesabına ödənildiyini deyən M. Mərdanovun sözlərinə görə, 2015-ci ilə kimi 5000-ə qədər azərbaycanlı tələbənin xaricdə təhsil alması nəzərdə tutulub: ?Azərbaycan hökumətinin təsdiq etdiyi siyahı üzrə xaricə tələbə göndəririk. O siyahıda dünyanın ən yüksək reytinqli ali məktəbləri, o cümlədən Kembric, Oksford, Harvard, Kolumbiya universitetləri var?. Nazir tələbələrə uğurlar arzulayıb və onların bütün təhsil problemlərinin dövlət hesabına həll olunacağını qeyd edib. Onu da qeyd edək ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, yazıçı Çingiz Abdullayev, Dövlət Neft Fondunun icrası direktoru Şahmar Mövsümov, Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, xarici işlər nazirinin müavini Vaqif Sadıxov və digərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA