Misir Mərdanov: ?Bu ildən təhsil müəssisələri xüsusi mühafizə olunacaq?

img

20-08-2009 [01:11]


?Bu il bütün təhsil müəssisələri dövlətin vəsaiti hesabına qorunacaq?. Bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Misir Mərdanov bildirdib ki, Təhsil Nazirliyi müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələr qurub və yəqin ki, yeni dərs ili başlananda bu məsələ öz həllini tapacaq: ?Mən tam əminəm ki, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş hadisə bir daha təkrarlanmayacaq. Buna Azərbaycan höküməti imkan yaratmayacaq. Valideynlərimiz tam arxayın olsun ki, onların övladlarının təhlükəsizliyi bütün təhsil müəssisələrində dövlət tərəfindən qorunacaq. Qorunma bütün təhsil müəssisələrinə aiddir. Dövlətin bunun üçün ayırdığı vəsaiti hələlik söyləyə bilmərəm. Çünki belə müssisələrin sayı 7 minə yaxındır, ona görə də ayrılan vəsaitin məbləğini söyləməkdə çətinlik çəkirəm?. M.Mərdanov 1-ci sinifə gedən uşaqların valideynlərindən məktəblərdə müəyyən qədər vəsaitin tələb olunub, olunmamasına da toxunub: ?Heç bir məktəbəqədər təhsil müəssisəsində və orta məktəblərdə kiminsə valideyndən vəsait tələb etmək haqqı yoxdur. Orta məktəblər və uşaq bağçalarının hamısı dövlət hesabına işləyir?. Məktəblilərinin geyim formasına gəlincə, təhsil naziri bildirib ki, bəzən mətbuat bu barədə ictimaiyyətə düzgün məlumat vermir: ?Məsələn, mən o gün oxuyuram ki, guya məktəblilər dərsə keçən ilki formada gedəcəklər. Valideyn müraciət edir ki, keçən ilki məktəbli forması qalıb və övladı bu ildə onu geyinsin, buna heç kim etiraz edə bilməz. Yəni məktəblilər məktəbə məktəbli formasında gələcəklər. Ancaq bu işdən məktəbin direktoru uzaq olmalıdır. Heç bir məktəb direktorunun haqqı yoxdur ki, məktəbdə məktəbli formasının satışını təşkil etsin. Məktəbli formasının alınması valideynin məsələsidir, buna məktəb direktorunun qarışmasına ehtiyac duyulmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA