?Şəhidlər? məscidi Ramazan bayramı günü açılacaq

img

19-08-2009 [07:05]


Aprel ayında Bakıdakı ?Şəhidlər? məscidinin fəaliyyətinin dayandırılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bəziləri bunu siyasi hakimiyyətin Türkiyəyə təzyiq forması kimi dəyərləndirmişdi. Həmin dönəmdə Türkiyənin Azərbaycandakı səfirliyinin dini işləri üzrə müşaviri Muzəffər Şahin məscidin bağlanmasının burada aparılan təmir işləri ilə əlaqədar olduğunu bildirmişdi. O zaman Müzəffər Şahin məscidin bir neçə günə açılacağını istisna etməyini demişdi, lakin hələ də məscid fəaliyyətə başlamayıb. Onu da qeyd edək ki, məscidin bağlanmasından müəyyən müddət keçəndən sonra təmir işlərinin Ramazan ayına kimi başa çatacağı və dindarların istifadəsinə veriləcəyi bildirilirdi. Artıq Ramazan ayının başlanmasına iki gün qalıb. Məsələni araşdırmaq üçün ?Şəhidlər? məscidində olan Müstəqil İnformasiya Agentliyinin əməkdaşının verdiyi məlumata görə, təmir işləri hələ başa çatmayıb. Əməkdaşımız bu barədə rəsmi məlumat ala bilməsə də, məscidin nəzarətçilərinin sözlərindən məlum olub ki, işlər hələ bir ay davam edəcək. Nəzarətçilər onu da bildiriblər ki, təmir işləri Ramazan bayramına kimi yekunlaşmalıdır. Yəni dindarların bayram namazını ?Şəhidlər? məscidində qılması planlaşdırlır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA