ümid Partiyası hakimiyyətin səlahiyyətli qurumlarına aministiya aktının qəbul edilməsini təklif edir

img

19-08-2009 [05:02]


Son dövrlər cəzaçəkmə müəssələrində ölüm hallarının artması, xəstə məhbusların sayının çoxalması iıə bağlı kütləvi informasiya vasitələrində mütamadi məlumatlar yayılır. Bütün bunları nəzərə alıb , xüsusilə cəmiyyətdə xoş bir ovqatın yaradılması üçün Ümid Partiyası yeni aministiya aktının qəbul olunmasını təklif edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən partiya Ali Məclisinin sədri Ənvər Ağazadə bildirib ki, yayılan məlumatlara əsasən deyə bilərik ki, bu gün həbsxanalarda ağır xəstə və yaşı 70-dən yuxarı olan xeyli məhbus var. Onların əksəriyyəti cəzalarının yarıdan çoxunu çəkmiş, bəziləri isə ömürlük cəzaya məhkum olunanlardır. Həbsxanalarındakı vəziyyət onların sağlamlığı və hayatı üçün ciddi təhlükə yaradır. Dövlətin hər bir vətəndaşın qayğısına qalmalı olduğunu bildirən partiya funksioneri hesab edir ki, törətdikləri cinayətə görə cəza çəkən məhbusarın sağlıq durumunu da düşünmək lazımdır. Həbsxana şəraiti yaşlı və xəstə məhbuslar üçün daha dözülməzdir. Ə.Ağazadə hesab edir ki, ağır xəstə olan məhbuslarla bağlı müəyyən təcrübə var. Hətta ölüm cəzasına məhkum olunmuş, ömürlük həbs cəzası almış qapalı mühitdə saxlanılan məhbusların işinə məhkəmədə yenidən baxılıb, onların cəzaları yüngülləşdirilib, bəziləri indi azadlıqdadır. Cəmiyyətdə xoş bir ovqatın yaradılması üçün bu hümanist və xeyrxaf addımı yenə təkrarlamaq olar. Bütün bunları nəzərə alaraq Ümid Partiyası humanizim prinsiplərinin rəhbər tutularaq ağır xəstə və yaşı 70-dən yuxarı olan məhbuslara qarşı aministiya aktının qəbul olunmasını təklif edir. Umid edirik ki, hakimiyyətin səlahiyyətli qurumları bizim bu təklifimizi dəyərləndirib, növbəti bir hümanist və xeyirxah addım atacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA