Orta məktəblərin sanitar vəziyyəti yoxlanılacaq

img

19-08-2009 [01:11]


Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) yeni dərs ili ərəfəsində Bakıdakı ümumtəhsil müəssisələrinin sanitar vəziyyəti ilə bağlı reydlər keçirəcək. Mərkəzin sanitariya-gigiyena şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, reydlərdə məqsəd məktəblərdə şagirdlərin sağlamlığına mənfi təsir göstərən amillərin olub-olmamasını müəyyənləşdirməkdir. RGEM əməkdaşları məktəb binalarındakı dəhlizlərin, sinif otaqlarının təmizliyinə, bufet və yeməkxanaların şəraitinə, suyuducuların işləyib-işləməməsinə, ventilyasiya sisteminin necə qurulmasına diqqət yetirəcək, ayaqyollarının axar su təminatının olub-olmadığını yoxlayacaqlar. Yoxlamalar başa çatandan sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəticələri ümumiləşdirərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında müvafiq təkliflərlə çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA