GLUT məktəblilər üçün ?liderlik məktəbi? layihəsini həyata keçirəcək

img

18-08-2009 [02:23]


?Gənc Liderlər? Uşaq Təşkilatı(GLUT) ?Uşaq İli? çərçivəsində sentiyabr ayının 4-dən oktyabr ayının 4-dək məktəblilər üçün ?Liderlik Məktəbi? layihəsini həyata keçirəcək. Bu barədə məlumat verən GLUT sədri Fərid Şahbazlının sözlərinə görə, layihənin reallaşdırılmasında məqsəd məktəblilərin lider kimi yetişməsinə təkan vermək, onlarda natiqlik qabiliyyətinin, ictimai fəallığının yüksəldilməsinə dəstək verməkdir. F.Şahbazlı deyir ki, ?Liderlik məktəbi?nə ərizə qəbulu artıq başa çatıb və layihə ilkin mərhələdə 25 nəfər məktəblini əhatə edəcək. ?Liderlik məktəbi? çərçivəsində keçiriləcək dərslərdə Uşaq hüquqları ilə yanaşı, məktəblilərə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və çağdaş ictimai-siyasi həyatı ilə bağlı təlimlər keçiriləcək. Məktəblilərlə təlimçi qismində görüşləro keçirəcəke ictimai-siyasi xadimlər də artıq bəllidir. Bu sırada millət vəkillərindən Fəttah Heydərov, Qənirə Paşayeva, Nazim Məmmədov, Aydın Mirzəzadə, Yaqub Mahmudov, Zahid Oruc, Məlahət Həsənova, QHT-lərdən Tənzilə Rüstəmxanlı, Aydın Xan və Akif Nağı, mediadan Elçin Mirzəbəyli, Akif Aşırlı və Yunus Oğuz və digərləri var. ?Liderlik məktəbi? çərçivəsində məktəblilərin ölkənin bir sıra rayonlarına səfərləri də təşkil olunacaq. Layihənin sonunda fərqlənən məktəblilər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA