Tikinti sahəsində 79 hüquqi və fiziki zəxsin lisenziyası dayandırılıb

img

18-08-2009 [12:47]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binaların layihələndirməsi və mühəndis-axtarış fəaliyyəti ilə məşğul olan 79 hüquqi və fiziki şəxsə verilmiş lisenziyanı dayandırıb. Qurumun Texniki normalar və lisenziya şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildiriilb ki, həmin şəxslərə lisenziya keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilibmiş. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi avqustun 1-dən sonra lisenziyaların müddətini uzatmaq istəyən həmin fiziki və hüquqi şəxslərin müraciətlərinə rədd cavabı verib. Qeyd edək ki, komitə xeyli vaxtdır Abşeron rayonunda şəhərsalma qanunvericiliyinə riayət olunmasına və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət məqsədilə müvafiq araşdırmalar apırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA