Bu il dərsliklərin çapı ilə 6 nəzriyyat məzğuldur

img

18-08-2009 [12:43]


Yeni tədris ilinə hazırlıqla əlaqədar dərsliklərin nəşr olunması və vaxtında yerlərə çatdırılması istiqamətində işlər sürətləndirilib. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının Müstəqil İnformasiya Agentliyinə bildirdiyinə görə, bu il respublikada təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün 87 adda 4256600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılıb. Bura II siniflər üçün kurikulum əsasında 40 adda 1122500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3144100 nüsxə dərslik daxildir. F.Şahbazlı deyib ki, II siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender proseduru başa çatıb. Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən seçilən 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə müqavilə bağlanıb və dərslik komplektləri çapa təsdiq edilib. Hazırda həmin dərslik komplektlərinin çap prosesi davam edir və yeni dərs ilinə onlar ümumtəhsil məktəblərinə çatdırılacaq. V-XI siniflər üçün 47 adda dərsliyin çapını da həmin 6 nəşriyyat-poliqrafiya müəssisəsi həyata keçirib. Həmin dərsliklərin çapı başa çatdırılaraq artıq yerlərə göndərilib. Təhsil Nazirliyi bu il Gürcüstandakı və Dağıstandakı Azərbaycan məktəblərinə, MDB ölkələrinin, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan bazar günü məktəblərinin müraciətləri əsasında onlara da dərsliklər verəcək. Dövlət Poqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA