Avqust 18-də Oğuzda Gənclərin Yay Məktəbi açılacaq

img

17-08-2009 [06:33]


?Sağlam Həyat Tərzi və İdman? adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində təşkil olunan Gənclərin Yay Məktəbinin açılış mərasimi 18 avqustda Oğuz rayonunda yerləşən AFRA hotelində keçiriləcək. Gənclərin Yay Məktəbi 17-23 avqust arası Oğuz rayonunda yerləşən AFRA hotelində təşkil ediləcək. Yay Məktəbinin təşkilatçıları Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-dir. Açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili, Fuad Muradov, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, millət vəkili Çingiz Əsədullayev, Rövşən Rzayev və UNİCEF-in yüksək səviyyəli nümayəndələri, eləcə də digər qurumların təmsilçiləri iştirak edəcəklər. Yay Məktəbinin iştirakçıları gənclər arasında sağlam həyat tərzinin aşılanmasının effektiv üsullarına dair biliklərini artıracaq, əyləncə və idman tədbirləri vasitəsilə maarifləndirmə metodlarını həyata keçirəcəklər. Yay Məktəbinin iştirakçıları Bakı şəhərinin Əzizbəyov rayonu, Masallı və Hacıqabul rayonlarından 16-24 yaşlı həmyaşıddan-həmyaşıda təhsil proqramlarında iştirak edəcək 40 nəfər gəncdir. Yay Məktəbinin davamı olaraq Gənclər Təşkilatlarının Milli Şurasının gənc təlimçiləri tərəfindən 2009-cu ilin sentyabr-dekabr aylarında Əzizbəyov rayonu, Gəncə, Quba, Lənkəran, Füzuli, Şirvan, Masallı və Hacıqabulda 2700 nəfər gəncə ?Sağlam Həyat Tərzi və İdman? mövzusunda Təlim Sessiyaları təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA