islamçı demokratlar ianədən vergi tutulmasına etiraz edirlər

img

17-08-2009 [04:42]


?İanədən vergi tutmaq düzgün deyil. Çünki ianə özü dini vergidir. Bu mənada vergidən vergi tutmaq olmaz?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri, hacı Tahir Abbaslı Qafqaz Müsləmanları İdarəsinin (QMİ) 12-ci qurultayında məscidlərə verilən ianələrdən vergi tutulması ilə bağlı qaldırılan problemə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ianədən vergi tələb etmək dinə ziddir. İanənin mahiyyətində imkansızlara yardım məqsədi durur: ?İmkansız adamlara verilən yardımdan isə vergi tutmaq düzgün olmazdı. Onu da deyim ki, digər müsəlman ölkələrində də belə bir təcrübə yoxdur. Məscidə verilən ianlərdən vergi tutulmur. Digər dinlərdə də belə bir tələb yoxdur?. AİDP sədrinin sözlərinə görə, əgər bu sahədə, yəni məscidlərə verilən ianələrin düzgün istifadəsi ilə bağlı problem varsa, dini qurumlar, məsələn QMİ müəyyən işlər görə bilər: ?Hesab edirəm ki, məscidlərə verilən ianənin xərclənməsi prosesinin şəfflığını təmin etmək yetər. Məsələn, bu xərclə bağlı dini icmalara, həmçinin ictimaiyyətə məlumat vermək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA