Elçin Behbudov DiN-nin Baz Cinayət Axtarız idarəsinin sabiq rəisi Zakir Nəsirovla görüzüb

img

14-08-2009 [06:59]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ömürlük məhbuslarla görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən E.Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustandakı Həbsxanasında saxlanılan bir çox məhkumlarla görüşdüyünü bildirib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovla görüşən komitə sədri onun vəziyyətinin normal olduğunu deyib: ?Zakir Nəsirov mənə dedi ki, o, həmişə cənab prezidentə sadiq olub, bu gün də sadiqdir. Bir də dedi ki, ömrümün bu çağında həbsxanada deyil, ailəmin əhatəsində dünyadan köçmək istəyirəm?. Həbsxanada heç bir məhbusun aclıq keçirmədiyini vurğulayan E.Behbudov ömürlük cəzaya məhkum edilənlərdən Elçin Əmiraslanov və Vaqif Hüseynovun xəstə olduğunu, bir neçəsinin isə əfv olunmaq üçün ölkə başçısına müraciət ünvanladığını bildirib. Hüquq müdafiəçisi ğəhbusların xahişini nəzərə alaraq prezident İlham Əliyevə müraciət edəcəyini də vrğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA