irandan ölkəmizə 3 min kq təhlükəli uzaq əmziyi gətirilib

img

14-08-2009 [02:42]


Azərbaycana xaricdən keyfiyyətsiz uşaq qidaları ilə yanaşı istifadəyə yararsız uşaq əmziklərinin gətirilməsi faktları da müəyyən edilib. Respublika Sanitariya-Karantin Müfəttişliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, təhlükəli uşaq əmzikləri ölkəmizə qonşu İrandan gətirilib. Müfəttişliyin toksikoloji müayinəsi zamanı məlum olub ki, İranın ?Şirin Dostan İndustres? firmasının istehsalı olan ?Milad? nişanlı əmziklərdə uşaq sağlamlığına zərərli olan kimyəvi maddələr var. Müəyyən edilib ki, artıq 3 min kiloqrama yaxın belə təhlükəli mal Azərbaycan ərazisinə keçirilib. Səhiyyə Nazirliyi həmin əmziklərin stışı və istifadəsini qadağan edib. Hazırda ölkənin müxtəlif yaşayış məntəqəlirindəki ticarət obyektləri və apteklərdə ciddi yoxlamalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA