Bu il pezə məktəblərinə 14435 zagird qəbul ediləcək

img

14-08-2009 [02:33]


Təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə respublikanın peşə məktəbi və peşə liseylərinə 2009-cu il üçün şagird qəbulu və buraxılışı planları müəyyənləşdirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, peşə məktəblərinin qəbul planı müəyyənləşdirilərkən bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri - dövlət müəssisələrinə ixtisaslı fəhlə kadrları hazırlanması üçün onların sifarişləri və əhalinin peşə öyrənmələrinə dair arzuları nəzərə alınıb. Təhsil nazirinin əmrinə əsasən, 2009-cu ildə peşə liseyi və peşə məktəblərinə şagird qəbul planı 14435 nəfər (dövlət vəsaiti hesabına 12350 nəfər, ödənişli əsaslarla 2085 nəfər) müəyyənləşdirilib. Bu il peşə məktəblərini bitirənlər 11510 nəfər (onlardan 1594 nəfər ödənişli əsaslarla təhsil alanlardır) olacaq. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin texniki peşə məktəblərinə qəbul aparılmayacaq. Peşə məktəbi və peşə liseylərinin direktorlarına tapşırılıb ki, həmin müəssisələrin şagird qəbulu planı üzrə işləri sentyabrın 15-dək həyata keçirsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA