FHN altı ayda 2829 yanğın yerinə çağırız qeydə alıb

img

14-08-2009 [02:28]


Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin I yarımilində baş vermiş yanğın və partlayış hadisələri, sularda xilasetmə ilə bağlı statistik hesabatı açıqlayıb. Müstəqil İnformasiya Agentliyi nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən xəbər verir ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində respublikada 30 partlayış hadisəsi baş verib. Nəticədə 12 nəfər həlak olub, 40 nəfər yaralanıb. FHN-nin yanğından mühafizə dəstələri altı ayda 2829 yanğın yerinə çağırılıblar. FHN tərəfindən 1248 yanğın hadisəsinin tədqiqatı aparılıb. Ümumiyyətlə altı ayda baş vermiş yanğınlar nəticəsində 18 nəfər ölüb, 49 nəfər xəsarət alıb, 53 nəfər xilas edilib. Bu ilin I yarımilində Xəzər dənizinin nəzarətdə olan və olmayan çimərliklərində, ölkə ərazisindəki göllərdə, çaylarda, kanallarda, su anbarlarında və bəndlərində ümumilikdə 17 nəfər boğularaq ölüb, 44 nəfər isə xilas edilib. Rəsmi statistikaya görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il sularda batanların sayı 4 nəfər çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA