Bu il tələbə qəbulun zamanı bütün vakant yerlər dolub

img

14-08-2009 [01:23]


Bu gün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərin boş qalan plan yerlərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə müsabiqənin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə müsabiqədə iştirak etmək üçün ümumilikdə 28479 abituriyentin ərizə verdiyini açıqlayıb. Onun sözlərinə görə, ali məktəblərin boş qalan 1554 plan yerinə 1022 abituriyent qəbul olub: ?Beləliklə, cari ilin tədris ili üçün ali məktəblər üzrə ayrılan 29030 plan yerinə 28498 nəfər qəbul olmuş və qəbul planı 98,17 % dolub. Bundan əlavə, 2009/2010-cu tədris ili üçün 11 illik orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə ayrılan 6614 plan yerinə 6406 nəfər qəbul olub. Bununla da, cari tədris ili üzrə orta təhsil bazasından orta ixtisas məktəblərinə ayrılmış plan yerləri 96,86 % dolub?. TQDK sədri onu da bildirib ki, 17 il ərzində birinci dəfədir ki, bütün vakant yerlər dolub. Boş qalan yerlər yalnız xüsusi qabiliyyət tələb edən fakultələrdir: ?Nəzərinizə çatdırm ki, ali məktəblərə keçirilən imtahanlara 7322 nəfər nəzarətçi iştirak edib. Ali məktəblərə qəbul olan çoxu 300 bal toplayıb. Yəni, 500-700 bal toplayanlar 14,8 %, 300-500 bal toplayanlar 55,4 %, 200-300 bal toplayanlar 24,3 %, 100-200 bal toplayanlar 2,9 %, 50-100 bal toplayanlar isə 2,6 % təşkil edib. 900 nəfərdən çox 600 bal toplayıb. Ancaq təəssüflər olsun ki, 0 bal toplayanların sayı daha çoxdur. Bundan əlavə, bizə imtahan prosesi ilə bağlı 20 mindən çox müraciət daxıl olub. 1117 nəfərdən çoxu isə hansısa sənədlərin düzgün olmaması və ya hərbi xidmətə çağrılması ilə bağlı müraciətlər edib?. Qeyd edək ki, ali məktəblərin boş qalan plan yerlərinə qəbul olunmuş abituriyentlər bu gündən başlayaraq avqustun 21-nə qədər, 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə daxil olanlar isə avqustun 25-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA